MARKET INTEL |
DOCUMENT

RFI-Azerbaijan Business and Professional Association Development- Industry day-Azerbaijani version.pdf

OVERVIEW

Original Source
Grant Opportunity
Related Opportunity
Date Originally Posted
Sept. 20, 2019, 11:23 a.m.
Type
.pdf
Size
0.4MB
Profiled People
None

DOCUMENT PREVIEW

EXTRACTED TEXT

20 sentyabr 2019-cu il XÜSUSİ BİLDİRİŞ: Məlumat SORĞUSU (RFI) Mövzu: Azərbaycan Biznes və Peşəkar Assosiasiyalarının İnkişafı üçün Məlumat sorğusu Verilmə Tarixi: 20 sentyabr 2019-cu il Son tarix: 1 oktyabr 2019-cu il Son tarix: Bakı vaxtı ilə saat 17:00 1. MƏQSƏD Bu Məlumat Sorğusunun məqsədi (RFI) qeyri-neft sektorunda iqtisadi artıma yardım məqsədilə Azərbaycanda biznes və peşəkar assosiasiyaların dəstəklənməsi üçün vətəndaş cəmiyyəti təşkilatları (VCT) və özəl sektor arasında tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə innovativ həll yollarını müəyyən etmək üçün potensial birgə təsis1 prosesində bütün dövlət və özəl sektor aid tərəflərin imkanları və marağı haqqında yazılı məlumat toplamaqdır. Biz Azərbaycanda hökumət qurumları, özəl sektor və vətəndaşlar ilə möhkəm tərəfdaşlığımızı inkişaf etdirmək, həmçinin iqtisadiyyatın şaxələndirilməsinin dəstəkləmək üçün birgə təsis prosesində Azərbaycan Hökuməti ilə əməkdaşlıq edəcəyik. Məlumat Sorğusunun (RFI) köməyi ilə toplanmış məlumatlardan Bakıda keçiriləcək qarşıdan gələn USAID/Azərbaycan Sənaye Günü ilə bağlı, eləcə də daha sonra potensial birgə təsis prosesi ilə əlaqədar qərarların planlaşdırılmasına kömək etmək məqsədi ilə istifadə olunacaq. USAID xarici məsləhətləşmələri genişləndirmək və çox sayda maraqlı tərəflərimizin bizimlə, ev sahibliyi edən hökumətlə, bir-biri ilə qarşılıqlı əlaqə qurmaq üçün imkan yaratmaq və USAID ilə əməkdaşlıq edərək fikir əldə etmək üçün sənaye günləri keçirir. USAID/Azərbaycan Bakı Sənaye Günü ərzində maraqlı biznes tərəfdaşlarını, vətəndaş cəmiyyəti təşkilatlarını, beynəlxalq təşkilatları, digər donorları və Azərbaycan hökumətinin nümayəndələrini bir araya gətirərək bir-biri ilə görüşdürmək, fikir mübadiləsi aparmaq və 1 Birgə təsis inkişafın xüsusi çətinlikləri ilə əlaqədar yaranmış məsələləri həll etmək üçün insanları ixtisaslaşma ilə bağlı seminarda bir araya gətirən əməkdaşlıq prosesi kimi USAID tərəfindən müəyyən edilir. Birgə təsis zamanı USAID komandaları müştərək şəkildə problemi müəyyən etmək üçün tərəfdaşlar, maraqlı tərəflər, potensial icraçılar və son istifadəçilərlə birlikdə çalışır, yeni və mövcud həlləri ortaya qoyur, fəaliyyət sahələri çərçivəsində konsensus yaradır və/ və ya proqram və layihələrlə irəliləmək üçün planları dəqiqləşdirir. Adından da göründüyü kimi, birgə təsis bütün tərəfdaşlar arasında həm məsuliyyətin, həm də nəticələrlə bağlı mülkiyyət hüquqlarının ədalətli şəkildə paylanmasını təmin etmək üçün imkan yaradaraq müxtəlif iştirakçılar ilə əldə edilən əməkdaşlığa əsaslanır. Azərbaycanı inkişaf etdirmək üçün yerli şəkildə idarə edilən həll yollarını dəstəkləyən tərəfdaşlıqları müzakirə etməyi nəzərdə tutur. Bu, bir Təklif Tələbi (RFP) deyil, Məlumat Sorğusudur (RFI), və bu, nə ABŞ hökuməti tərəfindən həmin RFI əsasında hər hansı bir vəsatəti vermək və ya sonda saziş bağlamaq öhdəliyi kimi izah edilmək, nə bu sorğu nəticəsində təqdim olunan hər hansı məlumata görə ödəniş etmək, nə də ki Hökumətə hər hansı şərhlərin hazırlanması və bildirilməsi zamanı çəkilən xərcləri ödəməyi tapşırmaq üçündür. Bu sorğuya cavab olaraq təqdim olunan maliyyə (layihə) təklifləri nəzərə alınmayacaq. Bu bildirişə verilən cavablar həmin bildirişdə aşağıda göstərilən tarixdən və vaxtdan gec olmayaraq qəbul edilməlidir. Təqdim olunan bütün materiallar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) mülkiyyətinə çevriləcək və qaytarılmayacaq. USAID öz məqsədləri üçün respondentlər tərəfindən verilən məlumatlardan istifadə etmək hüququnu özündə saxlayır. USAID-ın bu Məlumat Sorğusuna gələn cavabları ictimaiyyətə açıqlamaq niyyəti olmasa da, əqli mülkiyyət xarakterli və məxfi məlumatlar göndərilməməlidir. 2. Ümumi məlumat Neftlə zəngin olan Azərbaycan 2014-cü ildə neft gəlirlərinin kəskin şəkildə azalmasına şahid oldu. 2016-cı ildə ölkə qlobal enerji qiymətlərinin enişi və qonşu Rusiyada iqtisadi böhranın fəsadları üzündən 20 il ərzində ilk iqtisadi durğunluğunu yaşadı. 2015-ci ilin dekabr ayına qədər vətəndaşlar yüksək inflyasiya dərəcələri ilə birlikdə valyuta devalvasiyalarının təsirlərini hiss etdi. Nəticə olaraq Azərbaycan hökuməti kiçik və orta miqyaslı bizneslərə xüsusi diqqət ayırmaqla qeyri-neft sektorunun inkişafı üzrə bir sıra iqtisadi islahatlar elan etdi. Eyni şəkildə, vətəndaşlar gəlirlərin artırılmasına, sahibkarlıq imkanlarının genişləndirilməsinə və hökumətlə iqtisadi və sosial məsələlər üzrə qarşılıqlı fəaliyyətə can atırlar, özəl şirkətlər isə Azərbaycanın sosial-iqtisadi inkişafına və müstəqilliyinə dəstək yollarını araşdırırlar. 3. Konsepsiya USAID/Azərbaycan müəyyən etmişdir ki, vətəndaş cəmiyyəti, özəl sektor və Azərbaycan Hökuməti arasında tərəfdaşlığın təşviq edilməsi yolu ilə biznes və peşəkar assosiasiyaların gücləndirilməsi iqtisadi inkişaf üçün əlverişli mühitin yaxşılaşdırılmasını sürətləndirməklə son nəticədə iqtisadiyyatın şaxələndirilməsinə yardım edəcək. Assosiasiyalar hökumət, və özəl sektor arasında əlaqələrin qurulması yolu ilə yerli səviyyədə idarə edilən inkişaf yanaşmasının təşviqi davamlılığı artıracaq və yerli iştirakçıların rolunu möhkəmləndirəcək. USAID yuxarıda qeyd olunan konsepsiya ilə bağlı rəyləri toplamaq və bu konsepsiyaya individual şəkildə və ya birgə konsorsiumda dəstək verə biləcək Azərbaycanda vətəndaş cəmiyyəti və özəl sektor təşkilatlarını müəyyən etmək üçün geniş mənbələrdən rəy toplamağı hədəfləyir. Potensial fəaliyyət sahələrinə aşağıdakılar daxildir: ● Potensialın formalaşdırılması və möhkəmləndirilməsi, habelə yerli tələbatların ödənilməsinə yönəlmiş təbdirlərin görülməsi məqsədi ilə bütün sektorlarda işgüzar və peşəkar assosiasiyalara dəstək göstərmək. ● Vətəndaş cəmiyyəti təşkilatlarının birgə inkişaf məqsədlərinə nail olmaqda oynaya biləcəyi rolu gücləndirmək üçün ilə birgə təsis mərhələsində və ondan sonrakı müddətdə hökumətlə müştərək şəkildə fəaliyyət göstərmək ● Azərbaycanda biznes və peşəkar assosiasiyaların assosiasiyalar şəbəkələri (yerli, milli və regional) və xidmət provayderlərinin şəbəkələri ilə əlaqələndirilmək - bununla onlara potensialın artırılması, kadrların hazırlanması, habelə informasiya dəstəyində və texniki ekspertizada köməklik göstərmək. ● Qadınların və gənclərin konsepsiyanın məqsədinin həyata keçirilməsinə cəlb etmək: iqtisadi əlverişli mühitin yaxşılaşdırılması prosesinin sürətləndirilməsi və cəlb olunan vətəndaşların Azərbaycanın inkişaf prosesində oynaya biləcəyi dəyəri nümayiş etdirmək. ● Konsepsiyanın məqsədlərinə nail olmaq üçün özəl sektorun, expertizanın, maliyyənin və təsirin yerli və beynəlxalq təcrübəsindən faydalanmaq. Bu fəaliyyət növləri çərçivəsində USAID Azərbaycan işgüzar və peşəkar assosiasiyaları dəstəkləmək üçün yeni yollar təklif edə və sınaqdan keçirə biləcək təşkilatları-vətəndaş cəmiyyəti və özəl sektoru müəyyən etməyə çalışır. Xüsusilə, Azərbaycanda etibarlı və əhatə dairəsi geniş biznes və peşəkar assosiasiyaların inkişafını dəstəkləmək məqsədi ilə USAID mümkün dizayn, inkişaf, test və ya potensial cəhətdən yeni məhsul, yanaşma və ya xidmətlərin qiymətləndirilməsi (və ya mövcud məhsulun, yanaşma və ya xidmətin təkmilləşdirilməsi) üçün tədqiqat işindən, eləcə də texniki biliklərdən istifadə üzrə təkliflərini irəli sürərək təşkilat axtarışında olacaq. USAID həmçinin, özəl sektor, vətəndaş cəmiyyəti və Azərbaycan hökumətinin birgə investisiyaların gücləndirilməsi və Azərbaycanın inkişaf etdirilməsində yaranan çətinliklərin aradan qaldırılmasında iştirak etməklə, dəstək mexanizmlərinin qabaqcıl metodlarını aşkarlamaq, dəstəkləmək və inkişaf etdirmək əzmindədir. Əlavə: Cavab Tələbləri Cavablara aşağıdakılar daxil edilməlidir: 1. Üz qabığı (1) səhifədən artıq olmamalıdır və aşağıdakı məlumatları əks etdirməlidir: a. Təşkilatın adı və ünvanı b. Əlaqələndirici şəxsin adı, telefon nömrəsi və e-poçt ünvanı C. Maraq haqqında qısa bəyanatda Azərbaycanda özəl sektoru və peşəkar təşkilatları dəstəkləmək üçün təşkilatın USAID-in potensial kompensasiyasında oynadığı rolu göstərilir. Əgər komanda, koalisiya və ya konsorsiumun yaradılması nəzərdə tutulursa, potensial tərəfdaş təşkilatların adlarının və əlaqə məlumatlarının da göstərilməsini xahiş edirik. 2. İqtisadi baxımdan əlverişli şəraitin yaxşılaşdırılmasını sürətləndirmək və cəlb olunmuş vətəndaşların Azərbaycanın inkişafında oynaya biləcəyi dəyəri sərgiləmək məqsədi ilə nəzərdə tutulan vətəndaş cəmiyyəti, özəl sektor, Azərbaycan hökuməti və işgüzar və peşəkar assosiyasaların inkişaf etməkdə olan qrupu arasında tərəfdaşlıq münasibətlərinə yardım konsepsiyası üzrə şərh və məsələlər Bir (1) səhifəni aşmasın. USAID/Azərbaycan yuxarıda göstərilən konsepsiya və onun həyata keçirilməsi ilə bağlı ümumi iradları qəbul edir. Həmçini digər suallar və şərhləri də qəbul edir. Bu, sualların formal bir dövrü deyil, buna görə də USAID cavab verməyəcəkdir. USAID layihə komandası bütün şərh və məsələlərə baxacaq və konsepsiyanı inkişaf etdirmək üçün onlardan faydalanacaq. 3. USAID/Azərbaycan Sənaye Gününün keçirilməsi haqqında rəylər. USAID Bakıda Sənaye Gününün planlaşdırdığımız üçün aşağıdakı məsələlər üzrə respondentlərdən gələn rəylərə görə minnətdar olacaq: a. Sənaye Gününün məqsədləri nə olmalıdır? b. Əgər siz iştirak etməli olsaydınız, belə bir tədbirdən nə əldə etmək istərdiniz? C. Hansı özəl sektor və ya vətəndaş cəmiyyəti təşkilatlarını USAID Sənaye Gününə daxil etməyi və ya dəvət etməyi tövsiyə edirsiniz? d. Əgər varsa, iştirak etdiyiniz digər tədbirlərdən paylaşa biləcəyiniz öyrənilən hansı dərslər bu layihəni tərtib etməkdə kömək edə bilər?